Mourinyo Beylin oyuna necə qayıdacağını izah etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |     14:41 Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib - FOTO  |     14:37 Masallıda intihar: Başından GÜLLƏLƏDİ  |     14:32 Əməliyyat otağında həkimə doğum günü tədbiri 2 000 manata "başa gəldi" - VİDEO  |     14:13 Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi  |     13:56 İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb  |     13:15 Prezident İlham Əliyev Samir Şərifovu vəzifəsindən azad etdi: YENİ TƏYİNAT  |     13:10 Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb  |    

Mourinyo Beylin oyuna necə qayıdacağını izah etdi

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Qaret Beylin nəyə görə kifayət qədər oyun təcrübəsi əldə etmədiyinə aydınlıq gətirib.

Bu barədə “Sky Sports” məlumat yayıb.

“Mən ona oyun vaxtı verməyə hazır deyiləm. Onun bir neçə il ərzində hansı çətinliklərlə qarşılaşdığını hamımız bilirik. Biz hamımız bilirik ki, o, zədəli şəkildə gəlib. Hətta bu mövsüm də kiçik zədələrinin olduğunu hamımız bilirik. Onun üçün ən əsası əzmkar olmaq və problemsiz məşq etməkdir. Oyunçu stabil məşq etdikdə heç bir nüans olmadan yüksək intensivliyə tab gətirir. O zaman hazır olur. Ona oyun vaxtı vermək lazım deyil, dəqiqələr qazanılmalıdır. Fərq bundadır”, - deyə J.Mourinyo bildirib.

Xatırladaq ki, 31 yaşlı Beyl “Tottenhem”ə Madrid “Real”ından 2020-ci ilin 19 sentyabrında qayıdıb. Cari mövsümdə dörd qarşılaşmaya çıxıb və bir qol vurub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 635 26.01.21 12:09