“Atletiko” Simeone ilə müqaviləni 2024-cü ilədək uzatmaq istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

“Atletiko” Simeone ilə müqaviləni 2024-cü ilədək uzatmaq istəyir

İspaniyanın “Atletiko” klubu baş məşqçi Dieqo Simeone ilə müqaviləni uzatmaq niyyətindədir.

Yerli mətbuatın yaydığı xəbərlərə görə, klub rəhbərliyi artıq bu barədə baş məşqçiyə məlumat verib. Argentinalı futbol mütəxəssisi isə, öz növbəsində yeni müqavilə imzalamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, D.Simeonenin Madrid klubu ilə cari müqaviləsi 2022-ci ilin iyun ayında başa çatır. Qeyri-rəsmi məlumatlara görə, o, ən azı 2024-cü ilə qədər klubun sükanı arxasında qalacaq.

Hazırda D.Simeone ildə 32 milyon avro məvacib alır. O, dünyanın ən bahalı futbol məşqçisidir. Gəzən şayiələrə görə, öz vəzifəsində qalmaq istəyən argentinalı futbol mütəxəssisi pandemiya ilə bağlı məvacibinin azaldılmasına da razılıq verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 299 19.01.21 22:23