Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 2021-ci ilin yarışlar təqvimini dərc edib.
Millimizin iştirak edəcəyi, ötən ildən təxirə salınan Avropa çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Bu yarış 3-11 aprel tarixlərində baş tutacaq.
Həmçinin Olimpiya ilində ilk dəfə dünya çempionatı da olacaq. Bu, noyabrda Perunun paytaxtı Limada olacaq. Yarışın dəqiq təqvimi daha sonra müəyyənləşdiriləcək.
Bundan başqa, gənclərin dünya çempionatı Səudiyyə Ərəbistanının Ciddə (23-31 may), yeniyetmələrin dünya çempionatı Özbəkistanın paytaxtı Daşkənddə (20-29 sentyabr) olacaq.
Qeyd edək ki, ağırlıqqaldırma millimiz bu il Tokio Olimpiadasından başqa, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında (10-19 sentyabr) da iştirak edəcək.