Kanadanın “National Post” qəzeti: “Qarabağ” futbol klubu Ağdama qayıtmaq arzusundadır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:22 Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     17:21 Qazaxıstanda neft bazasında güclü partlayış olub  |     17:19 Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar? (VİDEO)  |     17:17 Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb  |     17:15 Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?  |     17:03 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  |     16:52 Hikmət Mirzəyev Türkiyədə səfərdədir  |     16:37 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     16:36 İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb  |     16:34 Pentaqonun yeni rəhbərinin adı məlum olub  |     16:11 Premyer Liqa: Bu gün daha iki qarşılaşma baş tutacaq  |     16:07 Ağsuda silahlı narkokuryerlər saxlanılıblar  |     16:00 Milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi  |     15:41 Məşqçisinə zərbə endirən rusiyalı idmançı UFC-dən qovulub  |     15:33 Bu gün geomaqnit qasırğası gözlənilir  |     15:28 Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU  |     14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |    

Kanadanın “National Post” qəzeti: “Qarabağ” futbol klubu Ağdama qayıtmaq arzusundadır”

Kanadanın nüfuzlu “National Post” qəzetində “Azərbaycanın köçkünlük həyatı yaşayan futbol çempionları müharibədən sonra evlərinə qayıtmağı arzulayırlar” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinə istinadla dərc olunan məqalədə son yeddi ildir Azərbaycanın futbol üzrə çempionu olan “Qarabağ” klubunun 30 ildən bəri başqa cür qələbəyə ümid etdiyi qeyd olunur. Yazıda “Qafqazın Barselonası” adlandırılan klubun Ağdama qayıtmaq arzusunda olduğu vurğulanır. Qeyd edilir ki, Dağlıq Qarabağ və onu əhatə edən yeddi rayon, o cümlədən Ağdam beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır.

Məqalədə sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə məlumat verilir, 1991-1994-cü illərdə müharibədə 30 minə yaxın insanın həlak olduğu bildirilir. Həmçinin “Qarabağ” sözünün tarixi haqqında məlumat öz əksini tapır.

Yazıda “Qarabağ” futbol klubunun keçirdiyi məşqlər barədə də məlumat verilir. Futbolçuların Prezident İlham Əliyevin işğaldan olunan ərazilərin adlarının qeyd olunduğu “Twitter” paylaşımlarının nümayiş etdirildiyi bilbordların yaxınlığında məşq etdikləri qeyd edilir. Klubun oyunçularından biri deyir ki, gün gələcək “Qarabağ” öz doğma torpağında futbol oynayacaq və bu oyunlara baxmaq üçün oraya çoxlu insan gedəcək.

Məqalədə, həmçinin “Qarabağ” futbol klubu, onun indiyədək əldə etdiyi uğurlar barədə də ətraflı məlumat verilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 476 02.11.20 23:53