Şəhriyar Məmmədyarov bir pillə gerilədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

Şəhriyar Məmmədyarov bir pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

FIDE-nin saytında açıqlanan reytinq cədvəlinin ilk “10-luğ”unda Azərbaycanın iki təmsilçisi də yer alıb.

Şəhriyar Məmmədyarov bir pillə geriləyərək səkkizinci sıraya düşüb. Onun aktivində 2770 xal var.

2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.

Qadın şahmatçılarımızdan ən yüksək xala malik Günay Məmmədzadədir. 2443 xalı olan Günay Məmmədzadə 28-ci sıradan 31-ci mövqeyə geriləyib. 2382 xala malik Gülnar Məmmədova yeddi pillə geriləyərək, 80-ci sırada yer alıb. 2376 xalı olan Xanım Balacayeva da eyni sayda geriləmə ilə 89-cu yerə enib.

Qeyd edək ki, reytinq cədvəlinə yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla ikinci, çinli Dinq Liren 2791 xalla üçüncüdür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            711 31.10.20 16:39