21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçilik etdiyi komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib. "Nitra" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
61-ci dəqiqədə Slovakiyanın heyətində Lubomir Tupta hesabı açıb, 66-cı dəqiqədə isə Mert Çelik bərabərlik qolunu vurub. İvan Mesik 90+4-cü dəqiqədə qələbə topunu vura bilib.
Beləliklə, 8 oyundan sonra 7-ci xalını qazanan Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib. Slovakiya isə 7 oyuna 7 xal toplaya bilib.
2-ci qrupun digər matçında Fransa Lixtenşteyni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.