Maşallah Əhmədov: “Vilyam Hacıyevin mənə və Müqayis Verdiyevə borcu var, burnundan gəlsin” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür  |     21:50 Goranboyda yol qəzası olub, xəsarət alan var  |     21:33 İnsultdan bir neçə gün əvvəl ortaya çıxan ÜÇ ƏLAMƏT  |     21:24 Kartof qızartmasını belə bişirin – Möhtəşəm olacaq  |     21:17 NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO  |     21:10 İçməli su alanda nələrə diqqət etməliyik?  |     21:03 Qayğanağı daha dadlı edəcək məhsul açıqlandı  |     20:58 Əlüzyuyanı ərpdən təmizləməyin effektiv yolu  |     20:51 "Quseynoff" MMC-nin sahibi Emin Hüseynov yenidən GÜNDƏMƏ GƏLDİ - VİDEO  |     20:50 İcbari tibbi sığortadan imtina etmək olar? – CAVAB  |     20:44 Qırmızı üzüm insanı bağırsaq xərçəngindən qoruyur  |     20:36 Köhnə Samsunglarda bu proqram işləməyəcək - 23 dekabr son gündür  |     20:30 Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar zərər vurub  |     20:25 Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb  |     20:18 Oğurluq edərkən tutulan NBA ulduzu saxlanıldı  |     20:10 İngiltərə Premyer Liqası tarixinin ən pis hücumçuları açıqlanıb  |     20:03 Sabah Bakıda hava yağmursuz keçəcək  |     19:57 Ekvador millisinin futbolçusu 22 yaşında vəfat edib  |     19:39 Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb  |     19:31 Kriştianu Ronaldu növbəti mükafatını alıb  |    

Maşallah Əhmədov: “Vilyam Hacıyevin mənə və Müqayis Verdiyevə borcu var, burnundan gəlsin”

“2012-ci ildən Vilyam Hacıyevin mənə 400 min manat verəcəyi var”.

Bunu Oxu.Az-a “Neftçi”nin sabiq oyunçusu, futbol veteranı, Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti Maşallah Əhmədov deyib.

O, mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ona olan borcundan danışıb:

“Mən və Müqayis Verdiyev (“Azər-İnşaat-2009” MMC-nin direktoru – S.M.) 2012-ci ildə İmişlidə sahibkar kimi abadlıq işlərinə cəlb olunmuşuq. Bütün bu işlər Nazirlər Kabinetinin Sərəncamı ilə həyata keçirilib. Orada sıfırdan başlayıb Müqayislə birgə işlər görmüşük. Amma Vilyam Hacıyevin dələduzluğu sayəsində pulumuzu tam ala bilmədik.

Mənə dedi ki, gəl sənə 50 min manat verim, qalanlarını da hissə-hissə verərəm, amma izahat yaz ki, daha borcum yoxdur. Şirin dilə tutdu məni. Mən də Vilyamın bu sözlərinə inandım. 2013-cü ilin fevralın 23-də mənə İmişlidə gördüyümüz abadlıq işinin nəticəsi olaraq 50 min manat verdi. Həmçinin Müqayisə də bu yolla pul verdi.

Onun I müavini Səfa Ağayev mənə izahat yazdırdı ki, Vilyam Hacıyevin bizə heç bir borcu yoxdur. Özüm inanıb yazdım. İnanmadım ki, o bu qədər pulu danar. Sonra da həmin pulu vermədi. Pulumuzu istəyəndə də bizi həbs etdirdilər. Həmin sənədi də qarşımıza fakt kimi qoydular ki, burada İmişli Rayon İcra Hakimiyyətinin bizə borclu olmadığını göstərmisiniz.

Sonra polisə tapşırıq vermişdi ki, İmişliyə gəlsəm, məni tutsunlar. Öz pulumla məni tutdurdu”.

M.Əhmədov ona və şərikinə olan borcun məbləğini açıqlayıb:

“Hazırda onun 400 min manat mənə, 857 min manat Müqayis Verdiyevə borcu var. İkimiz də İmişlidə abadlıq işlərində iştirak etmişik. Müqayis İmişlidə 86 metr uzunluqda bayrağın ucaldılmasında əziyyət çəkib. Onun burnundan gəlsin”.

M.Əhmədov bu ay DTX-də zərərçəkmiş şəxslər kimi ifadə verəcəklərini bildirib:

“Bu ayın 24-nə Müqayisi, 26 və ya 28-nə də məni DTX-yə çağırıblar. Samuxda işləyərkən mənim şərikimə də pul “atıb”. O da zərərçəkmiş şəxs kimi DTX-yə çağırılıb”.

Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi Rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci ilin dekabrın 14-də həbs olunub. Onun barəsində açılan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci ilin iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin ilin oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 234 18.05.20 19:46