Koronavirus pandemiyası səbəbindən startı gecikən “Formula-1” yarışlarının 2020-ci il mövsümü üçün təqvimi dərc edilib.
Median.Az “Autosport”a istinadən xəbər verir ki, 12 mərhələdən ibarət “Formula-1” yarışlarına iyul ayında Avstriya mərhələsi ilə start veriləcək.
Azərbaycan və Rusiya Qran-Prilərinin hələlik keçiriləcəyi vaxt bəlli deyil. Amma “Formula-2” yarışının 19-20 sentyabr tarixlərində Bakıda keçiriləcəyi ehtimal olunur.
Yarışlarda azarkeşlərin iştirakı isə sual altındadır.
2020-ci il üçün hazırlanmış təqvimi diqqətinizə çatdırırıq:
4-5 iyul - Red Bull Rinq (Avstriya)
11-12 iyul - Red Bull Rinq (Avstriya)
25-26 iyul - Silverstoun (Böyük Britaniya)
1-2 avqust - Silverstoun (Böyük Britaniya)
8-9 avqust - Hokenheym (Almaniya) və ya Barselona (İspaniya)
22-23 avqust - Hunqarorinq (Macarıstan)
29-30 avqust - Spa (Belçika)
5-6 sentyabr - Montsa (İtaliya)
19-20 sentyabr - Bakı (Azərbaycan, yalnız “Formula-2”)
26-27 sentyabr - Soçi (Rusiya, yalnız “Formula-2”)
5-6 dekabr - Bəhreyn
12-13 dekabr - Yas Marina (BƏƏ)
Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə istinadən təqvim dərc etmişdi. Azərbaycan Qran Prisinin həmin təqvimdə daha tez – 5-6 sentyabr tarixlərində keçiriləcəyi bildirilirdi.