Komitə İstanbulda yaşayan azərbaycanlı ailələrə yardım edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |     14:49 Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB  |    

Komitə İstanbulda yaşayan azərbaycanlı ailələrə yardım edib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edib.

Median.Az
Trend-ə istinadən bildirir ki, İstanbulda yerləşən "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" dərnəyi bu barədə komitəyə müraciət ünvanlayıb. Həmin müraciətə əsasən dərnəyin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına orta məktəbdə təhsil alan səksən şagirdin ailəsinə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada qeyri-qanuni məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar olaraq bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.

Xatırladaq ki, Türkiyədə qeyri-qanuni məskunlaşmış bu soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının da daxil olduğu İşçi qrup bir sıra tədbirlər görüb. Bunun nəticəsi olaraq, onlardan 18 nəfərinə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsi verilib, digər şəxslərin sənədlərinin hazırlanması istiqamətində fəaliyyət davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 732 06.05.20 23:44