"Tour de France" çoxgünlük veloyürüşü koronavirus pandemiyasına görə təxirə salına bilər.
"Report" Fransa mətbuatına istinadən xəbər verir ki, Təşkilat Komitəsi iyunun 27-nə planlaşdırılan yarışın növbəti aya keçirilməsi ilə bağlı yerli idarəçilərlə danışıqlara başlayıb.
"Tour de France"nin direktoru Kristian Pryudomm isə bildirib ki, məsələ ilə bağlı yekun qərar mayın 15-dək veriləcək.