Tofiq Musayev çıxılmaz vəziyyətdə qalıb: “Yaponiyaya necə gedəcəyəm?” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |     14:49 Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB  |    

Tofiq Musayev çıxılmaz vəziyyətdə qalıb: “Yaponiyaya necə gedəcəyəm?”

“Bu gün “Rizin 22” turniri ilə bağlı iclas keçiriləcək. O iclasdan sonra bizə məlumat veriləcək ki, yarış baş tutacaq, yoxsa təxirə salınacaq”.

Bunu Oxu.Az-a “Rizin” Qran-Pri kəmərinin sahibi olan MMA döyüşçümüz Tofiq Musayev deyib.

Aprelin 19-da Yaponiyanın Yokohama şəhərində “Rizin 22” turniri keçirilməlidir. Ötən il bu yarışın Qran-Prisinin qalibi olmuş Tofiq Musayev 2020-ci ildə ilk döyüşünə məhz həmin turnirdə çıxmalıdır. Onun rəqibi braziliyalı, “Killer” ləqəbli Luiz Qustavodur, lakin döyüş baş tutmaya bilər.

Buna səbəb aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunması və beynəlxalq çıxışların bağlanmasıdır.

“Rizin” təşkilatı ilə üç döyüşlük müqavilə bağlamışam. Bu döyüşdə qalib gəlsəm, qızılı rəngdə “Rizin” kəməri üçün mübarizə aparacağam. İstəyirəm ki, “Rizin”i iki kəmərlə tərk edim. Amma görək hələ bu döyüş keçirilə biləcəkmi? Çünki keçirməyə qərar versələr belə, biz Yaponiyaya necə gedəcəyik? Xaricə çıxış məhdudlaşdırılıb.

Bildiyimə görə, yalnız London vasitəsilə Yaponiyaya getmək mümkündür. O da uzun səfər olur. “Rizin” təşkilatı isə bizim səfər xərclərimizi qarşılamalıdır”, - deyə Tofiq Musayev bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 150 30.03.20 16:07