“Formula-1”in sabiq rəhbəri mövsümün ləğv olunmasını təklif edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |     14:49 Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB  |    

“Formula-1”in sabiq rəhbəri mövsümün ləğv olunmasını təklif edib

“Belə bir durumda bütün mövsümü bağlayar, bu il yarış keçirməzdim. İndiki durumda insanların təhlükəsizliyi üçün mümkün olan yeganə variant budur”.

Apasport.az saytının məlumatına görə, bunu “Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun deyib.

Uzun illər yarışa başçılıq edən funksioner üzücü olan reallığı qəbul etməyə çağırıb: “Bu addım atılsa, heç kim axmaq-axmaq ehtimallar irəli sürməz. Təəssüf ki, Olimpiada ilə bağlı da belə qərar verildi. Məyusedicidir. Amma nə varsa, odur”.

Təşkilatçılar bəzi mərhələləri ləğv edilən, bəziləri təxirə salınan yarışı 15-18 yürüşlə başa vurmaq niyyətindədir. Ekkslstoun bunu real saymır: “Əgər bunu bacarsalar, çox-çox təəccüblənərəm. Amma həqiqətən ümid edirəm ki, onlarda alınacaq. Gələn ilin əvvəlində 3-4 mərhələ keçirmək, onları 2020-ci ilin bir parçası hesab etmək olar. Problem ondadır ki, indi uyğun tras tapmaq mümkün deyil. Bu boşluq “Liberti” üçün də yaxşı şans olar ki, hər şeyi nəzarətə götürsün, promouterlərlə məşğul olsun. Həm də komandalara ödənişləri azaltsın ki, onlar 700 yox, 70 əməkdaşla işləsin”.

Qeyd edək ki, Avstraliya və Monako Qran-Priləri ləğv olunub, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Priləri qeyri-müəyyən müddətə təxirə salınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 581 27.03.20 23:59