“Formula-1” üzrə Azərbaycan Qran-Prisi təxirə salına bilər.
Oxu.Az motorsport.com-a istinadən xəbər verir ki, 5-7 iyun tarixlərində baş tutacaq Azərbaycan Qran-Prisinin təxirə salınacağı və bu gün bu barədə qərarın açıqlanacağı gözlənilir.
Belə olduqda mövsüm iyunun 14-də Monreal şəhərindəki Kanada Qran-Prisi ilə start götürəcək. Lakin hələ bu da dəqiq deyil. Çünki hazırkı duruma əsasən, Kanada bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi üçün 10-15 min bilet artıq satılıb. Bu isə biletlərin yarıdan çoxunun satılması deməkdir.