Avro-2020-nin tarixi dəyişdirilib - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:15 Zaxarova: "Qərb ölkələrinin Cənubi Qafqazla bağlı dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur"  |     14:00 Sabah Konstitusiya Məhkəməsi parlament seçkisinin nəticələrinin təsdiqlənməsinə baxacaq  |     13:37 Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim saçını yoldu, xadimə təhqir etdi - VİDEO  |     13:11 Kolleclərə direktorlar təyin olunub  |     13:01 Qadınları İran və Bəhreynə aparan şəxslə bağlı QƏRAR  |     12:45 Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi  |     12:43 Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər  |     12:42 "Harri Potter"in müəllifi yeni roman yazır  |     12:40 Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı  |     12:39 Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO  |     12:38 COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək  |     12:37 Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı (VİDEO)  |     12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |    

Avro-2020-nin tarixi dəyişdirilib - YENİLƏNİB

UEFA bu gün milli komandaların bu yay keçirilməli olan əsas turnirinin – Avro-2020-nin tarixinin dəyişdirilməsi – 2021-ci ilə keçirilməsi ilə əlaqədar qərar qəbul edib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, qərar qəbul olunarkən oyun iştirakçılarının sağlamlığının prioritet məsələ olması və çempionatın təşkil olunacağı ölkələrdə dövlət orqanlarının üzərinə hər hansı əlavə təzyiqin düşməməsi nəzərə alınıb. Avro-2020-nin tarixinin dəyişdirilməsi COVİD-19 virusu ilə əlaqədar məcburi fasilə yaranmış ölkədaxili çempionatların yekunlaşdırılmasına şərait yaradacaq.

UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb. Avro-2020-yə vəsiqə uğrunda martın sonuna təyin olunmuş play-off oyunları mövcud situasiya dəyərləndirildikdən sonra bu ilin iyun ayındakı beynəlxalq oyun günlərində keçiriləcək.

Müvafiq qərarlar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış, UEFA-nın üzvü olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra UEFA İcraiyyə Komitəsi tərəfindən qəbul olunub.

Avro-2020 üçün yeni tarixlər 11 iyun – 11 iyul 2021-ci il təklif olunub. UEFA hazırda bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə, biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verir. Növbəti ay ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.

Klub və milli komandalar səviyyəsində kişilər və qadınlar arasında digər turnirlərin vaxtı elan olunacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 214 17.03.20 23:54