Rusiyalı futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı Alisa Kazmina onu ataya yaraşmayan əməldə ittiham edir.
“Lenta.ru” xəbər verir ki, “Arsenalın” sabiq futbolçusu A.Kazminanı və iki yaşlı qızı Yeseniyanı Sankt-Peterburqdakı evindən qovmaq istəyir.
A.Kazmina evi tərk etməyi tələb edən sənədi öz “Instagram” səhifəsində paylaşıb.
Sənədə əsasən, A.Kazmina üç həddi-büluğa çatmamış uşaqları ilə birlikdə cari ilin mart ayınadək evi boşaltmalıdır.
A.Kuzmina bunu “atasının və nənəsinin Yeseniyaya doğum günü hədiyyəsi” adlandırıb.