Mövsümün ikinci hissəsinə Qətərdə hazırlaşan “Ayaks” klubunun futbolçusu Serjinyo Dest təlim-məşq düşərgəsini tərk edib. Buna səbəb ABŞ və İran arasında gərgin münasibətlər olub.
Bu barədə Futbol.ua xəbər verib.
Klub artıq bu xəbəri təsdiqləyib. Məlumata görə, Dest amerikalıdır. Qətərdən təkcə Fars körfəzi vasitəsi ilə ayrılan İran və ABŞ arasında gərgin münasibətlər isə gənc futbolçunun narahatlığına səbəb olub. O, burada özünü təhlükəsizlikdə hiss etmədiyini deyib. Klub isə onun bu qərarını anlayışla qarşılayıb.
19 yaşlı müdafiəçi təyyarə ilə Amsterdama qayıdıb. O, klubuna burada qoşulacaq.