Mariya Stadnik: Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |     14:49 Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB  |    

Mariya Stadnik: Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim

Başa vurmaqda olduğumuz 2019-cu il güləşçimiz Mariya Stadnik üçün uğurlu keçdi.

Qadınlardan ibarət yığmamızın lideri zədə üzündən Avropa çempionatında güləşə bilməsə də, Avropa Oyunlarında və dünya çempionatında uğurlu çıxış edərək, nəyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi.

Nə Belarusda, nə də Qazaxıstanda Stadnikə batan tapıldı. Mariya Minskdə dörd il əvvəl Bakıda qazandığı titulu qorudu. Daha sonra isə Nur-Sultanda 10 illik həsrətə son qoyaraq, ikinci dəfə dünya çempionu oldu. Bununla həm də Tokio Olimpiadasına lisenziyanı təmin etdi.

Titullu güləşçimiz mundialdan sonrakı hazırlıq prosesi, 2020-ci il üçün planları, Olimpiya Oyunları və rəqibləri ilə bağlı Azərbaycan Güləş Federasiyasına açıqlama verib:

“Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim. Əlbəttə, qələbəni dərhal qohumlarla, sənə yaxın olan insanlarla qeyd etmək istəyirsən. Bu üzdən mundialdan sonra dərhal evimə yollandım. Bu payız ailəmlə yaxşı istirahət etmək imkanı əldə etdim. Bununla belə, məşqlərimi də davam etdirirdim. Ancaq bu, təlim-məşq toplanışı səviyyəsində hazırlıq deyildi. Psixoloji cəhətdən də istirahətə, bərpa prosesinə ehtiyac var idi. Çünki Olimpiadaya qədər bizi növbəti ağır qrafik gözləyir. Dekabrda Bolqarıstanda dağlıq ərazidə təlim-məşq toplanışı keçdik. Bu da fiziki hazırlığın yüksəldilməsinə xidmət edirdi. Gələn il ilk yarışım fevralda keçiriləcək Avropa çempionatı olacaq. Ondan sonrakı plan və qatılacağım yarışlar hələ bəlli deyil. Allaha şükürlər olsun ki, artıq zədələr baxımından problemim yoxdur.

Hər yarışdan sonra çıxışımı təhlil edir, səhvləri, çatışmazlıqları müəyyənləşdirir, nəyin üzərində işləməli olduğumuzu aydınlaşdırırıq. Açığı, Nur-Sultanda formamın zirvəsində deyildim. Fikrimcə, karyeram boyunca ideal səviyyəyə Rio Olimpiadasında çatmışdım. Həm fiziki, həm də psixoloji cəhətdən yüz faiz hazırlıqlı idim.

Tokio Olimpiadasında Yaponiyanı Eri Tosaka və ya Yui Susakinin təmsil edəcəyi ilə bağlı hər hansı düşüncəm yoxdur. İstənilən güləşçiylə görüşə qələbə üçün çıxacağam. Rəqibin fərqi yoxdur. Sadəcə, qalib gəlmək istəyirəm, vəssalam. Olimpiadaya hələ səkkiz ay var. Kimsə zədələnə, hansısa səbəbdən formada ola və ya olmaya bilər. Bütün rəqibləri qiymətləndirmək lazımdır. Olimpiya Oyunlarına həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalısan. Təbii ki, idman xoşbəxtliyi də sənin tərəfində olmalıdır. Hazırda üzərimdə təzyiq hiss etmirəm. Tokio-2020 mənim üçün sonuncu yarış olmaya da bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 643 28.12.19 19:50