Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi başlayıb.
"Report"un məlumatına görə, püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşəcək.
A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.
***
Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılacaq.
Median.Az qol.az-a istinadən xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil ediləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Turnirdə iştirak edəcək 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olacaq.
Final mərhələsinə çıxa bilən Avro-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.
Səbətlərin tərkibi:
1-ci səbət
Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət
Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət
Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət
Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)
A qrupu
İtaliya (ev sahibi)
B qrupu
Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika
C qrupu
Niderland, Ukrayna, A və ya D Liqasının qalibi
D qrupu
İngiltərə (ev sahibi), C Liqasının qalibi
E qrupu
İspaniya (ev sahibi), B Liqasının qalibi
F qrupu
Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi
Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.