İspaniya mətbuatı yazır ki, Antuan Qrizmann “Barselona”da özünü rahat hiss etmir.
Onun çoxdandır PSJ-dən Kataloniya klubuna gəlmək istəyən Neymarla yerini dəyişəcəyi söylənilir.
Median.Az xəbər verir ki, “Barselona”nın lideri Lionel Messi braziliyalı futbolçunun kluba qayıtmasını arzulayır. Yazılanlara görə, argentinalı ulduz hələ “Liverpul”la yarımfinal görüşündən sonra Neymara mesaj göndərib. O, dostunun kluba qayıtmasını çox istədiyini bildirib.
“Biz birlikdə Çempionlar Liqasının qalibi olarıq. Mən iki il sonra gedəcəyəm. Onda mənim yerimi tuta bilərsən”, - Messi “WhatsApp”da belə yazıb.
İspaniya mətbuatı iddia edir ki, Neymar onda “Barselona”ya qayıtmaq üçün əlindən gələni əsirgəməyib. Transfer baş tutmayıb. Üstəlik, Marko Verratti və Kilian Mbappe onu PSJ-də qalmaq üçün yola gətirə bilib.