Baş məşqçimizin qızı futbolçu ilə evlənir - Toy Miladdan sonradır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Baş məşqçimizin qızı futbolçu ilə evlənir - Toy Miladdan sonradır

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç üçün 2019-cu il əlamətdar hadisə ilə yekunlaşacaq.

Median.Az
Oxu.Az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin 25 yaşlı böyük qızı Lana ailə həyatı quracaq.

Şəxsi həyatını mümkün qədər gizlətməyə çalışan gənc xanım hazırda Kiprin “Enosis” klubunun şimali makedoniyalı futbolçusu Risto Mitrevskiyə ərə gedir. Cütlük Mitrevski hələ Xorvatiyanın “İstra 1961” klubunda oynadığı vaxt (2016/17 mövsümü) tanış olub.

Bu ilin martında qərar verilən toy mərasimi Milad Bayramından bir neçə gün sonra keçiriləcək. Artıq ilk övladını gözləyən cütlüyün münasibətlərinin hansı ölkədə rəsmiləşdirəcəyi dəqiqləşməyib. Bu məlumatı Xorvatiyanın məşhur “Yutarnyi list” nəşri yayıb. Baxmayaraq ki, Lana sosial şəbəkələrdə sevgilisinin şəkillərini paylaşmamaqla bu münasibətləri gizli saxlamağa çalışıb. O daha çox atası Nikola, anası Sandra və kiçik bacısı Laura ilə olan şəkillərini, eləcə də özünün fitnesdən fotolarını paylaşır.

Lana Yurçeviç əvvəl “Atlantik Qrup” şirkətinin əsas səhmdarı və baş direktorunun oğlu Emil Tedeski ilə sevgili olub. Onunla Zaqrebdəki İqtisadiyyat və Menecment Məktəbində tanış olub. Lana ötən yayın sonlarında münasibətlər pozulub və onunla Avstraliyada çəkdirdiyi şəkilləri sosial mediadakı hesabından silib.

Bu cütlüyün niyə ayrıldığının səbəbi bilinməsə də, 23 yaşlı Emil Tedeskinin varlı Mixail Perençeviçin qızı, əvvəlki nikahından üç övladı olan 40 yaşlı Nika ilə evlənməyi planlaşdırdığı müəyyən olunub.

26 yaşında evlənmiş Nikola Yurçeviç isə bu haqda danışıb: “Bağladığım müqaviləyə əsasən işlədiyim şəhərlərdə onların yaşamaq hüququ olub. Həyat yoldaşım ən böyük dəstəkçimdir. Qadının evin üç küncünü tutduğunun deyilməsinə baxmayaraq, deyə bilərəm ki, o, bütün künclərini tutur. Qızlarım kiçik olanda o onların hər bir problemini həll edib, uşaqlara da, mənə də çox dəstək olub. Onsuz mənə çətin olardı.

Uşaqlar artıq böyüyüb. Başqa şəhərdə yaşasalar da, biz müntəzəm olaraq ünsiyyətdəyik. Yaxşı münasibətlərimiz var. Onlar yaxşı tələbələrdir, xarici dildə danışırlar. Qızlarım nəzakətli, təvazökar və ünsiyyətcildirlər. Ancaq mediada onların olmadığı kimi təqdim olunması məni üzür.

Qızlarım insanlara hörmət etmək, pulun dəyərini bilmək, mənəvi və insani keyfiyyətlərə sahibdir. Bu mənim üçün ən vacib şeydir. Ancaq KİV-də olmayan şeyləri yazırlar.

Manipulyasiyaya qarşı deyiləm. Çünki qızlarım və ailəmin tez-tez ziyarət etdiyi Moskva, İstanbul və London kimi dünya şəhərlərində yaşamaq imkanım olsaydı və böyük klublarda işləsəydim, niyə qızıma bir şey almayım? Bu hədiyyə çanta və ya ayaqqabı ola bilər. 1994-cü ilin saatını qızıma verməklə özümə bəraət qazandırmalıyam? 15 il Malinskdə yaşadıqdan, 25 illik evlilik həyatından sonra biz İbisaya getdiyimizi niyə əsaslandırmalıyıq? Bütün bunlar düzgün təqdim olunmayanda narahat oluram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 525 25.11.19 21:49