AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya və Azərbaycan milli komandaları arasında oyun başlayıb.
Median.Az xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start verilib.
Qeyd edək ki, matçı ukraynalı hakimlər idarə edir. Qarşılaşmanın baş hakimi Sergey Boykodur. Ona Vladimir Volodin və Semen Şlonçak kömək edir. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirir.