Azərbaycanlı iki polis əməkdaşı dünya çempionatında medal qazanıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Azərbaycanlı iki polis əməkdaşı dünya çempionatında medal qazanıb - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə WSJO-nun (Dünya İdman Ciu-citsu Təşkilatı) idman ciu-citsusu üzrə böyüklər arasında dünya çempionatı, eləcə də, uşaqlar, yeniyetmələr, gənclər və veteranlar arasında Dünya Kuboku keçirilib.

Bu çempionatda Azərbaycan Ciu-citsu Federasiyasının kontakt ciu-citsu departamentinin idmançıları 21 nəfərlə təmsil olunub.

Yarışda 20-yə yaxın ölkənin 200 idmançısı çempionluq uğrunda mübarizə aparıb. Turnir idman ciu-citsu döyüşü, kimano ilə qrapplinq, özünümüdafiə idmanları (yeniyetmələr, gənclər və böyüklər) və realistik özünümüdafiə (ancaq böyüklər) üzrə keçirilib. Bu təşkilatın keçirdiyi IV çempionatda Azərbaycan komandası ilk dəfə iştirak edib. Komandamız səkkiz qızıl, səkkiz gümüş və dörd bürünc medal qazanıb.

Kontakt ciu-citsuda Ayaz Abbasov (-85 kq) və Fərid Əhmədov (-77 kq) bürünc medal qazanıb. Əhmədov nevazada gümüş medala yiyələnib.







Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarıdır. Ayaz Abbasov polis leytenantı, Fərid Əhmədov serjantdır.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 502 12.11.19 16:07