Azərbaycan Premyer Liqasının X turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
“Qırmızı-qaralar” seneqallı futbolçu İbrahima Nyassı heyətinə qatıb.
31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, 2013/2014 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legioner bunadək İsveçrədə “Ksamaks” (2008-2011), Azərbaycanda “İnter”in (2012-2014) şərəfini qoruyub.
“Qəbələ”dən ayrıldıqdan sonra Nyass Rusiyada “Mordoviya”da (2014/15), Rumıniyada “Konkordia” (2014-2016), Hindistanda “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017/18), Mərakeşdə “Raca” (2018) klublarının formasını geyinib.
Xatırladaq ki, İbrahima Nyass “Qəbələ”də 35 oyun keçirib, bir qol vurub. O, çempionatda 29 (bir qol), kubokda altı matçda iştirak edib.
/oxu.az/