İspaniya çempionatının 10-cu tur qarşılaşmasında “Sevilya” öz meydanında “Hetafe” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Hər iki top oyunun ikinci yarısında vurulub.
Əvvəlcə 69-cu dəqiqədə Xavyer Hernandes fərqlənib, sonra isə Lukas Okampos (78 dəq) ikinci topu vurub.
Beləliklə “Sevilya” 19 xal toplayaraq turnir cədvəlində 5-ci yerə qalxıb və Madridin “Real” klubunu qabaqlayıb.
Xatırladaq ki, Avropa Liqası çərçivəsində “Sevilya” Ağdamın “Qarabağ” klubu ilə bir qrupda oynayır. Rəqiblərin ikinci görüşü düz bir aydan sonra baş tutacaq.