"Qarabağ" APOEL-lə heç-heçə oynayıb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

"Qarabağ" APOEL-lə heç-heçə oynayıb - YENİLƏNİB

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 24-də Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edib.

Median.Az
xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə başa çatıb - 2:2.

Görüşdə hesab 13-cü dəqiqədə açılıb. Rəqib komandanın müdafiəçilərinin kobud səhvindən istifadə edərək topa sahib olan Miçel gözəl ötürmə ilə Dani Kintananı zərbə mövqeyinə çıxarıb. Qapıçı ilə təkbətək qalan Dani Kintana baxımlı qolla oyunda hesabı açıb – 1:0. Lakin qarşılaşmanın 29-cu dəqiqəsində qonaqlar standart vəziyyətdən hesabı bərabərləşdirməyə nail olublar. Hava ötürməsini Nikolas İonnau başla dəqiq tamamlayıb – 1:1.

Görüşün 45-ci dəqiqəsində “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun kobud səhvindən yararlanan rəqib komandanın futbolçusu Linus Hallenius qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb – 1:2. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Fasilədən sonra var gücü ilə irəli atılan “Qarabağ” matçın 58-ci dəqiqəsində oyunda tarazlığı təmin edib. Dani Kintananın cinah ötürməsindən sonra Ailton Silva dəqiq baş zərbəsi ilə rəqib qapısına yol tapıb – 2:2.

Qalan dəqiqələrdə “Qarabağ” hesabda yenidən irəli çıxmaq üçün bir sıra imkanlara sahib olsa da, bundan yararlana bilməyib. Beləliklə, “Qarabağ” APOEL ilə ev oyununda heç-heçə edərək A qrupunda ikinci yerini qoruyub saxlayıb. Hazırda ağdamlıların aktivində 4 xal var. APOEL isə 1 xalla qrupda sonuncu yerdədir.

Qrupdakı digər oyununda “Sevilya” doğma meydanda “Düdelanj” komandasını qəbul edəcək.

***

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qarabağ” - APOEL oyununda hesab bərabərləşib.

Median.Az
xəbər verir ki, qarşılaşmanın 58-ci dəqiqəsində “Qarabağ” hesabı bərabərləşdirib.

Ağdamlıların heyətində Aylton fərqlənib.

***

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qarabağ” - APOEL oyununda hesab dəyişib

Median.Az
xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində APOEL hesabı bərabərləşdirib.

Qonaqların heyətində kapitan Nikolas İoannu fərqlənib.

***

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qarabağ” - APOEL oyununda hesab açılıb.

Median.Az
xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində "Qarabağ" hesabda önə çıxıb.

Ağdamlıların ispan oyunçusu Dani Kintana fərqlənib.

***

Futbol üzrə Azərbaycan çempionu bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda görüşəcək “Qarabağ”ın və Kiprin APOEL klubunun heyətləri açıqlanıb.

Avropa Liqası
Qrup mərhələsi, III tur
A qrupu, 24 oktyabr
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr)
Baş hakim: Filip Qlova (Slovakiya)
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 17. Antonio Yakolis, 23. Joajinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Dollскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 366 24.10.19 23:22