Türkiyənin “Beşiktaş” klubunun yeni prezidenti müəyyənləşib.
Ahmet Nur Çəbi İstanbul təmsilçisinin yeni prezidenti seçilib.
60 yaşlı Trabzon doğumlu Ahmet Nur Çəbi 5009 səs toplamaqla “Beşiktaş”ın 34-cü prezidenti olub. O, qarşıdakı 2,5 il ərzində klubun rəhbəri vəzifəsini icra edəcək.
Qeyd edək ki, klubun bundan əvvəlki prezidenti Fikrət Orman idi. 2012-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Orman bu ay klubun nəticələrinin uğursuz olması səbəbindən istefa verib.