Yeniyetmə şahmatçımız dünya çempionu oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:50 Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi  |     15:49 Məşhur filmlərdə rol alan britaniyalı aktyor vəfat etdi  |     15:48 Xərçəngdən xilas - Xəstəliyin son mərhələsində 100 faiz effektiv olan peyvənd hazırlandı  |     15:47 Braziliya futbolunun əfsanəsi Antonio Lima vəfat edib  |     15:46 Türkiyədə KFC və "Pizza Hut"ın yüzlərlə filialı bağlandı: İşçilər maaşsız və təzminatsız qaldılar  |     15:41 "DeepSeek" şirkəti saxta məlumatlarla bağlı xəbərdarlıq etdi  |     14:05 Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var  |     13:49 Ankarada 33 nəfər saxta spirtli içkidən ölüb  |     13:34 Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib  |     13:17 Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ  |     12:57 Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı  |     12:45 Trampın Ukrayna üzrə sülh planının detalları məlum oldu  |     12:36 Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı  |     12:31 Ağcabədidiə itkin düşən gəncin meyiti tapıldı  |     12:11 ABŞ Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb  |     11:57 Göyərtəsində 10 nəfərin olduğu təyyarə yoxa çıxıb  |     11:54 Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər - VİDEO (YENİLƏNİB)  |     11:49 Azərbaycanda süfrə yağlarının qiyməti KƏSKİN ARTDI - VİDEO  |     11:47 Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olundular  |     11:47 Xəzərdə zəlzələ baş verdi  |    

Yeniyetmə şahmatçımız dünya çempionu oldu

Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu adını qazanıb.

AZƏRTAC xəbər verir ki, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

Altı yaşından şahmatla məşğul olan A.Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutan A.Süleymanlı 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. İstedadlı şahmatçımız 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 103 12.10.19 16:08