Erməni döyüşçünün yalanı üzə çıxdı: Onun boğduğu Türk idmançı olmayıb - VİDEO/FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Erməni döyüşçünün yalanı üzə çıxdı: Onun boğduğu Türk idmançı olmayıb - VİDEO/FOTO

3 dəfə dünya çempionu olan Türkiyəli döyüşçü Batuxan Akduman bir neçə gün öncə ermənistanlı döyüşçü Rafael Abrahamyanın onu "boğmağa" çalışdığı görüntülər haqqında danışıb.

BAKU.WS-in məlumatına görə, idmançı bu barədə Haber Türk saytına müsahibə verib.

Batuxan deyib ki, sosial mediada yalan-yanlış xəbərlər verilir:

"Mən olayı dünən səhər Rusiyadan olan idmançı dostlarımdan gələn mesajla öyrəndim. Bazar günü gecə “Rafael Abrahamyan türk döyüşçü Batuxan Akdumanı faciəvi şəkildə döydü” deyə bir video paylaşır. İnanın, Azərbaycanda Mübariz İbrahimov kimdirsə, hazırda Ermənistanda Rafael Abrahamyan da o cür xalq qəhrəmanı elan edilib. Mən bu xəbəri eşidən kimi Rusiya vasitəsilə hərəkətə keçdim və Rusiya Full Kontakt Döyüş İdmanları Federasiyası prezidenti Sergey Ermakov ilə danışdım.


Onun vasitəsilə Rafaeli tapdım. Matçdan əvvəl reklam bilgilərində döyülən idmançının adının Batuxan Akduman olduğunu görəndə əvvəlcə ad bənzərliyi olduğunu sandım. Samara şəhəri təşkilati üzrə təmsilçi vasitəsilə döyülən idmançının məşqçisi ilə əlaqə saxladım. Ondan idmançının pasportunu istədim. 8 saat sonra üzərində dəyişikliklər edilmiş pasportun üzünü göndərdilər. Pasportda U24TUR kodu vardı. Bu yanlış xəbərlə bağlı müraciət etdiyim Respublika Baş Prokurorluğunda bu kodun Türkmənistana aid olduğunu öyrəndim. Yəni mənim adımdan, karyeramdan istifadə edərək 20 yaşlı türkmənistanlı idmançını Rafael ilə döyüşdürüblər. Sonra Rafaellə əlaqə saxladım və etdiyinin tərbiyəsizlik olduğunu, adımdan istifadə etdiyini və 2 ay müddətində qarşıma çıxmayacağı halda onu dünyada biabır edəcəyimi söylədim.

O, 65 kq-da döyüşür, mənim 71 kq çəkim var. Mən həyatımda heş vaxt 70 kq-dan aşağı döyüşmədim. Mənim 3 dünya çempionluğum, 1 dünya ikinciliyim, 3 dünya üçüncülüyüm var. Bu, ölkəmdə tək cümlə xəbər olmadı, amma yemədiyim zərbəni xəbər etdilər. Bu, məni paramparça etdi. Rafael də təklifimə əvvəlcə kilo fərqi olduğu üçün razılaşmadı. Buna görə 67 kiloya düşəcəyimi və mənimlə döyüşəcəyini söylədim.


Ona “istəyirsənsə, mən Ermənistana gəlim” təklifini verdim. Əvvəlcə Rusiyanın Samara şəhərinin daha uyğun olacağını və 2 ay içində döyüşü qəbul etdiyini dedi. Mən də 20 nəfərlik komandamla Ermənistana gedəcəyimi, 15 dekabrda qarşımda olmasını və vizada problem çıxarmamaları üçün lazımi əlaqəni qurub həll etməsini dedim.

Mən beyin qanaması keçirən rəqibimi Antalyada öz maşınımla xəstəxanaya aparan, başında bir gecə gözləyən idmançıyam. Amma hər kəs bunu bilsin, ona ikinci raundu göstərməyəcəm. Onun boyu 1,70, mənimki 1,75 və matçlarını izlədim. Güləş əsilli olduğu bəllidir. Güclüdür, amma təpiyi də, yumruğu da sağlam deyil.

Bu video yayımlandıqdan sonra sosial mediada həyatımda eşitmədiyim söyüşləri eşitdim. Rafael həqiqətən də əxlaqsız davrandı. Anama zəng edib “başın sağ olsun” deyənlər belə oldu”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 732 08.10.19 23:12