UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı açıb.
Median.Az report-a istinadən xəbər verir ki, Abdullah Zubir qarşılaşmanın 11-ci dəqiqəsində Ağdam təmsilçisini hesabda önə çıxarıb - 1:0.
***
UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj" (Lüksemburq) və "Qarabağ" komandaları arasında oyun başlayıb.
Median.Az report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağıdır.
Azərbaycan təmsilçisi “Jozi Bartel” stadionunda baş tutan matça Filip Ozobiç və Xayme Romerosuz çıxıb. Hər iki yarımmüdafiəçi zədəlidir.
Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdardır. Qırx yeddi yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxır.