"Qəbələ" Kiprdə APOEL-lə heç-heçə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

"Qəbələ" Kiprdə APOEL-lə heç-heçə edib

"Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv I mərhələnin ilk matçında Kiprdə APOEL-lə üz-üzə gəlib. Paytaxt Nikosiyadakı “Makarion” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Hesab 9-cu dəqiqədə açılıb. İdris İnqilablının uzaq məsafədən endirdiyi zərbə APOEL-in futbolçusu Giannis Satsiasa dəyərək qapıya daxil olub. İkinci hisənin əvvəllərində meydan sahibləri tarazlığı bərpa edə biliblər. 48-ci dəqiqədə Stavros Qavriel bərabərlik qoluna imza atıb.

Bu komandalar arasında cavab oyunu oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. Əyalət təmsilçisi I raundda APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 348 02.10.19 20:38