İranda qadınlar stadionda futbol matçına baxa biləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:50 Rüşvət verməyə təhriketməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq  |     18:43 Bərdədə arı sancması ölümə səbəb olub  |     18:40 Bakıda veloyürüş keçiriləcək  |     18:13 Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO  |     18:08 Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib  |     17:59 ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib  |     17:38 Bakının mərkəzindəki tuneldə yük maşını AŞIB - Yolda hərəkət MƏHDUDLAŞDI  |     17:30 Ağstafada yeniyetmə bıçaqlanıb  |     17:17 Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?  |     17:15 Bakının bir küçəsi bağlanacaq  |     17:08 Bakı həbsxanasında daha bir məhkum öldü  |     16:39 Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ  |     16:33 Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq  |     16:28 Polşada ölən tələbə məktəb direktorunun oğlu imiş  |     16:19 Milyonlarla manat pul, mindən çox bank kartı, 25 mənzil - Azərbaycanda ŞOK ƏMƏLİYYAT (VİDEO)  |     16:11 Zabrat yolunda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO  |     16:04 Bibisi qızını qısqanclığa görə bıçaqlayan şəxs cəzalandırıldı  |     15:59 Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı (VİDEO)  |     15:46 Sentyabrın 21-nə olan hava proqnozu AÇIQLANDI  |     15:40 Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI  |    

İranda qadınlar stadionda futbol matçına baxa biləcək

Bütün iranlı qadınlar matça baxmaq üçün biletləri ala bilər.

Bunu İran İslam Respublikası Futbol Federasiyasının mədəni məsləhətçisi Qulam Hüseyn Zamanabadi deyib.

O bildirib ki, oktyabrın 10-da keçiriləcək İran – Kamboca oyununda Tehranın “Azadi” stadionunun qapıları yerli qadın azarkeşlər üçün açıq olacaq. Bunun üçün qadınların xüsusi girişi, tribunaları və tualetləri hazırlanıb.

Bu matçda Fransa millisi ilə dünya çempionu olmuş Yuri Corkaef də iştirak edəcək. O, Yaxın Şərqdə FIFA-nın futbolda qadınlar üçün məhdudiyyətləri aradan qaldıran Fondunun baş icraçı direktoru təyin olunub.

Qeyd edək ki, sonuncu dəfə ötən ilin noyabrında qadınlar İranda futbol matçına sərbəst girərək baxa bilib. Bu, noyabrın 10-da Asiya Çempionlar Liqasının “Persepolis” – Kashima Antlers (Yaponiya) cavab matçında baş tutub.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 023 28.09.19 15:00