Zibil toplamaqdan dünya ulduzu olmağa qədər uzanan yol - Ən utancaq futbolçusunun həyat hekayəsi... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Zibil toplamaqdan dünya ulduzu olmağa qədər uzanan yol - Ən utancaq futbolçusunun həyat hekayəsi...

Parisin kənar məhəllələrindən birində, Seyn gölünün qarşı tərəfindəki küçədə 1991-ci ilin martında, Kante ailəsinin 8 uşağından sonuncusu dünyaya gəldi. Napalyon və ilk həyat yoldaşının yaşadığı şəhər kimi tanınan Rueyl-Malmayzonda böyüyən Kante, uşaq ikən küçədəki zibilləri və atılmış əşyaları toplayır, evindən kilometrlərlə uzaq məsafədə yerləşən istiqamətlərə apararaq alverçilərə satır, cib xərcliyini qazanırdı. İndi tanıdığımız Kante olmadan əvvəl çox çətin həyatı vardı. Hər şeydən əvvəl 7 bacı-qardaşı olan və atasını 11 yaşında itirən bir uşaq idi. Anası xidmətçiliklə məşğul olur, uşaqları da bu kimi kiçik işlər görürdülər. Kante bu səbəbdən də erkən yaşlarda iş həyatının çətinliklərini mənimsəmiş və məsuliyyətli olmağı öyrənmişdi. Meydanda arı kimi çalışqan olmasının da səbəbi elə bu idi.

Biz arıya bənzətdik, "Çelsi"də komanda yoldaşı olmuş Eden Hazard isə onu fərqli təqdim edirdi: "Kante siçovul kimidir, getmədiyi yer yoxdur".

Median.Az goal.az-a istinadən Kantenin zibil toplamaqdan dünya ulduzu olmağa uzanan yolunu sizə təqdim edir:

1999-cu ildə 8 yaşlı Nqolo, Parisin JR Suresnes klubuna atdığı ilk addımla həm də dünyaca tanınan bir futbolçu olmaq yolundakı ilk addımı atdığının fərqində deyildi.

Hər zaman çalışqanlığı ilə diqqət çəkən Kantedə, bu xüsusiyyət uşaqlıq illərindən mövcud idi. Uşaqlıq müəllimi Vojtina Kante haqqında bunları xatırlayır: "Yay tətili öncəsində onunla zarafat etmişdim. Ona 2 ay vaxt verdiyimi, bu müddət ərzində sağ ayaqla 50, sol ayağı ilə 50 və eyni sayda başla top çiləməyi tapşırdım. 2 ay sonra bunları etdiyini görəndə ona bir daha belə tapşırıq vermədim".

Bütün bacarıq və istedadı ilə yanaşı olduqca təvazökar olan Kante, Suresnes ilə qazandığı kuboklarda ən çox əməyi olduğu halda, təriflərin də, kubokların da bir addım gerisində dururdu. Və bu, onun boyunun qısa olması ilə əlaqəli deyildi. Yaşıdları ilə müqayisədə boyu çox uzanmayan Nqolo qısa boyunun heç kimi yanıltmamasının vacibliyini komanda yoldaşlarına və rəqiblərinə o zamanlarda da göstərmişdi. Klubda keçirdiyi 4 ildə adından söz etdirən Kante, atasının ölümündən sonra ona çox yardımı toxunan klubun köməkçi məşqçisi Pierre Ville sayəsində, balaca uşaqlara məşq keçən bəzi seçilmiş uşaqlardan yaradılan komandaya qatılmış və daha artıq pul qazanmağa başlamışdı. Özü U-15-də olmasına baxmayaraq U-18 futbolçularına qarşı oynaya bilir, özündən yaş və boyca böyük olan futbolçulara meydanda şans vermirdi. Kantenin özünəməxsus oyun tərzi vardı və işin ən maraqlı tərəfi bunu kimdənsə öyrənməmiş olması idi.

18 yaşına qədər Suresnes-də çıxış edən Mali əsilli fransız oyunçu, 20 yaşına gələnə qədər hansı klubun qapısını döymüşdüsə rədd cavabı almışdı. Boulogne-nin VI liqada oynayan ehtiyat komandasında şans alan Kante, yaxın zamanlara qədər uğurlu peşəkar futbolçu olacağına inanmadığını etiraf etmişdi. Baxmayaraq ki, buna haqqı vardı. Klubunun V liqaya yüksəlməsində göstərdiyi performansla, Fransa ikinci liqasında olan A komandasına yüksəlmişdi. Komanda ilə birgə meydana çıxdığı ilk matç, Liqanın son oyunu idi və Boulogne-nin III Liqaya düşəcəyi çoxdan təsdiqlənmişdi. Ancaq bu Kantenin yüksəliş pillələrində maneə təşkil etmirdi. 2012-13 mövsümündə 38 matçın birini qaçırsa da, göstərdiyi performans II liqa klublarından olan Caen-in diqqətindən qaçmadı. Caen oyunçunu heyətinə qatar-qatmaz, bir ilin içində bu transferin faydasından yararlandı. Kantenin klubun I Liqaya yüksəlməsində rolu böyük idi. Vəziyyət belə olunca, mükafatı da böyük oldu təbii. 2015-16 mövsümündə möcüzəvi şəkildə çempion olan Premyer Liqa klubu Leicester City 9 milyon avro ödəyərək, Kante ilə 4 illik müqavilə imzaladı. Həmin il bütün dünya nağılların gerçək olduğuna inanmışdı, Kante də bu nağılın önə çıxmayan qəhrəmanlarından olmuşdu.

Bir mavidən, digər maviyə

Son dəfə 1994-95 mövsümündə Blackburn Rovers-in çempion olması ilə, Premyer Liganın 6 böyük komandası xaric bir klub çempion olmuş, o gündən 2015-16 mövsümünə qədər də liqada bu 6 klub dominantlıq etmişdi. Yeni bir çempionun gəlməsi üçün 21 il keçməsi lazım idi və şans bu dəfə Leicester-in üzünə güldü. 127 milyon avro dəyəri olan klub, eyni qiymətə futbolçuları olan nəhəng komandaları geridə buraxmışdı. 38 oyunun 37-sində meydanda olan Kante isə 1446 ötürmə etdi, 175 dəfə rəqibdən top "oğurladı" və 156 dəfə rəqibdən aldığı toplarla irəliləməsinə mane olaraq çempionluğun əsas adlarından biri oldu.

Arsenal, Tottenham və PSG-nin heyətə qatmaq istədiyi istedadlı oyunçunun transferində son sözü London nəhəngi Chelsea söylədi. Chelsea, 35 milyon avro ödəməklə heyətinə qatdığı Nqolo Kantedən yüksək səviyyədə qarşılıq aldı. İngiltərəyə gəldiyi ilk ildə Leicester ilə çempion olan Kante, ikinci mövsümündə böyük sıçrayışla gəldiyi Chelsea-də də çempionluq yaşayaraq, Premyer Ligada ard-arda getdiyi 2 fərqli komandada çempionluq görən ilk futbolçu oldu. Çempionluqla birgə, İngiltərədə "İlin futbolçusu" mükafatını qazandı. Chelsea-də həftəlik qazancının 120 min funt sterlinq olmasına rəğmən olduqça bahalı arabalar və ya geyimlərə üstünlük vermir və olduqca göstərişsiz həyat tərzi keçirir. Cemi Vardi onun haqqında belə demişdi: "Nqolo Kante Leicester klubuna transfer olunanda maşın almaq istəmirdi. "Məşqlərə qaçaraq gəlirəm" deyirdi". Kante hazırda köhnə Mini Cooper sürür.

Kante varsa, kubok da var

Hər nə qədər özü "Özümü "İlin Futbolçusu" kimi hiss etmirəm, bu kimi şeylər məni maraqlandırmır. Meydanda olanda əlimdən gələni edirəm, bu qədər" desə də, onun necə oyunçu olduğunun hər kəs fərqindədir. "Əlimdən gələni edirəm" qismini bir az açıqlamaqda fayda var. Kantenin oyun tərzinə və meydanda etdiklərinə nəzər yetirəndə ortaya inanılmaz görüntü çıxır.

Kanteni həm Leicester-də, həm də Chelsea-də izləmisinizsə, birazdan qeyd edəcəklərimiz sizə yad gəlməyəcək. Nqolo oyun nizamı, soyuqqanlılığı, oyunu oxuyabilmə qabiliyyəti ilə rəqiblərindən bir addım öndədir. Chelsea-nin çempion olduğu mövsümdə rəqib oyunçulardan 127 dəfə top "oğurlamaqla" potensial təhlükələri önləmişdi. Kahin deyil, ancaq oyunu yaxşı oxuyur. 53 dəfə qaydanı pozsa da, qırmızı vərəqə almaması da ayrı gözəldir. Mövqeyinə görə müdafiədə daha çox önə çıxır. Ancaq bununla yanaşı, komandası hücuma keçərkən də əsas rollardan birini üzərinə götürür. Meydanın mərkəzini asanlıqla keçən Kante 136 dəfə uzun ötürmə ilə əks-hücuma keçən komandasının işini asanlaşdırmışdı.

Ötən mövsüm London təmsilçisi Premyer Liqanı 5. Sırada tamamlamaqla xəyal qırıqlığı yaşasa da, Kantenin bu yay qaldırması lazım olan bir kubok da vardı. Həm də nə kubok. Dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən biri hesab olunan Kante bu bənzətmənin dünya səhnəsində verdi.Rusiyada keçiriən DÇ-2018-in qalibi olan Fransa millisinin Manchester United-də forma geyinən ulduzu Poqba onun haqqında danışarkən: "Kante kimi biri oyunu çox rahatlaşdırır. Meydanın hər yerində o var. Bəzən müdafiəyə yardıma getmədiyimdə onun orda olduğunu çox yaxşı bilirəm. Sanki 15 dənə ciyəri var. Komandaya çox kömək edir" - ifadələrini işlətmişdi.

15 ciyəri yoxdur bəlkə də, ancaq bitib-tükənmək bilməyən bir enerjisi var. Mundialdakı statistik göstəricilərinə baxsaq: ümumilikdə 595 dəqiqə meydanda olan Kante, 52 dəfə rəqibdən top aldı, 361 ötürmənin 319-unda dəqiq oldu. Xorvatiya ilə final matçında 55-ci dəqiqədə meydanı tərk edərkən "nəhayət yoruldumu?" suallarını ağıla gətirsə də, mədəsini soyuğa verdiyi ortaya çıxmışdı.

Messini o dayandırdı

Fransa Milli komandası Dünya Kubokundakı zəfərinin ardından ölkəsinə döndü və Elysee Sarayının önündə Fransa Prezidenti Emanuel Makron və azarkeşlərlə birlikdə çempionluğu qeyd etməyə başladılar. Pol Poqba aldı əlinə mikrafonu, o başladıqdan bütün komanda onunla birlikdə bu mahnını oxudular: "N qolo Kante, "N qolo Kante, boyu balaca, yaxşı biri, o dayandırdı Messini!". Kante onlarla eyni fikirdə deyildi "Xeyr, xeyr, onu birlikdə dayandırdıq" deməklə kifayətəndi. Təəccübləndikmi? Əlbəttə, xeyr. Onun kimi birindən belə cavab eşitmək olardı.

2013-də Fransa III Liqası, 2014-də Fransa II Liqası, 2015-də Liqa 1, 2016 və 2017-də Premyer Liqa çempionluğu, 2018-ci ildə Dünya kuboku, 2019-da Chelse ilə Bakıda UEFA Avropa Liqası... Tarixləri yazmasaq, bu sadalananların 10 ildən daha artıq müddətdə reallaşdığını düşünə bilərdiniz. Bu qədər uğur qazanan oyunçunun utancaqlığı isə ayrı söhbətin mövzusudur.

Fransa yığması çempionluğu qeyd edərkən növbə ilə kubokla şəkil çəkdirirdilər. Nqolo yenə utanmış, komanda yoldaşlarının şəkil çəkdirməsini arxada gözləmişdi. Onun xasiyyətinə bələd olan komanda yoldaşı Nzonzi özü kuboku ona gətirib verdikdən sonra Kante də qazanılmasında böyük payı olduğu dünya kubok ilə foto çəkdirmişdi. Və yaxud, bir Chelsea azarkeşi onu toyuna dəvət edərkən gələcəyini, yəqin ki, təxmin etməmişdi. Ancaq Konte həmin toya getməklə bəylə gəlinə sürpriz edir. Eqonun, özündənrazılığın yaxınlığından belə keçməyən təvazökar qəhrəmanımız, heç bir zaman diqqət mərkəzində olmaqdan xoşlanmadı, nə uşaqlığında, nə də 28-sində...скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 443 25.09.19 19:51