Lənkəranda 63 yaşlı qadın çayda boğulub.
1956-cı il təvəllüdlü Solmaz Sahib qızı Nəsirova Sütəmurdov kəndində ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.
Qadının cansız bədəni müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Yaxınlarının sözlərinə görə, S.Nəsirova Lənkəranın Kərgəlan kəndində doğulub və son 5 ildə Bakıda yaşayıb. Mərhum astma xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/