Median.Az xəbər verir ki, iyunun 13-ü saat 23 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində, Bakı şəhər sakini E.Ağakərimova idarə etdiyi “Hyundai” markalı avtomobili ağaca vurub.
Nəticədə sürücü və sərnişini, 50-55 yaşlı qadın hadisə yerində ölüb, daha 3 sərnişin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.