Median.Az xəbər verir ki, iyunun 11-i səhər saat 5 radələrində Siyəzən şəhərində, Bakı şəhər sakini İ.Ələkbərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sərnişin, Bakı şəhər sakini Cəlalə Qurbanova hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.