Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan üç nəfərdən ikisi 1984-cü il təvəllüdlü Məmmədova Sülahət Təbriz qızı və 1975-ci il təvəllüdlü Həsənova Könül İmamverdi qızı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Həkim müayinəsi zamanı onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. K.Həsənovanın vəziyyətinin nisbətən ağır olduğu bildirilir.
Digər yaralı 1984-cü il təvəllüdlü Zeynalova Aysel Sultay qızı isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
17:05
Bakının Zığ şosesində sərnişin avtobusu qəzaya uğrayıb.
104 saylı marşrut xətti ilə hərəkətdə olan avtobusun qəzaya uğraması nəticəsində dörd nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 43 və 34 yaşlı qadınlar Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.
Hər dörd qadına bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.