Bakıda bir müddət əvvəl baş vermiş dəhşətli qəzanın görüntüləri təhlükəsiz şəhər kameralarına düşüb.
Hava limanı istiqamətində, Sabunçu körpüsünün üstündə əvvəlcə sıxlıq yaranır. Ardınca sıxlıqda zolağı dəyişmək istəyən avtomobilə arxadan gələn “VAZ 2199” markalı maşın çırpılır. Eyni anda yeddi avtomobil zərbə nəticəsində bir-birinə dəyir. Onlardan ikisi aşır.
Bu cür qəzalara səbəb sürücülərin vəziyyəti düzgün qiymətləndirməməsi, ara məsafəsi və sürət həddinin qorunmamasıdır. Həmçinin, tələsərək digərinin yoluna çıxmaq da analoji qəzaların əsas səbəbidir.
//avtosfer.az