Bakıda dəm qazından öldüyü bildirilən 42 yaşlı Sevinc Orucovanın intihar etdiyi məlum olub.
Hadisə Yasamal rayonu ərazisində baş verib.
Belə ki, S.Orucova iyunun 5-də özünü evdə asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı CM-nin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
* * * * *
Bakıda 42 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
1977-ci il təvəllüdlü Sevinc Orucova evində dəm qazından boğulub.
Bu barədə sosial şəbəkələrdə S.Orucovanın dostları paylaşım ediblər.
Məlumat üçün bildirək ki, xeyriyyə aksiyalarının fəal iştirakçısı olan Sevinc Orucova ailəli və iki uşaq anası idi.
//oxu.az