Xırdalanda gənc binadan yıxılıb - VİDEO
Xırdalanda yeniyetmə binadan yıxılaraq xəsarət alıb.
16 yaşlı Rzayev Süleyman İlqar oğlu hündürlükdən yarımçıq tikiliyə yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Oxu.az-ın xəbərinə görə, ona baş beyinin silkələnməsi, kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır olan S.Rzayev reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!