Sabirabadda 23 yaşlı gənc özünü asıb.
Hadisə rayonun Kovlar kəndində qeydə alınıb.
Məlumata görə, 1996-cı il təvəllüdlü Zeynalov Şamil Zeynal oğlu yaşadığı həyətdə özünü əncir ağacından asaraq intihar edib.
Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
İntiharın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
//oxu.az