Bakıda daha 2 uşağı it dişləyib.
Median.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı, uşaqlardan birinin valideyni Sahib Musayev verib. O bildirib ki, təqribən 2 həftə əvvəl Yeni Yasamal, Əsəd Əhmədov küçəsində 13 yaşlı oğlu Hafiz Musazadəni it dişləyib.
Ailə uşağı əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzə, daha sonra 5 nömrəli xəstəxanaya apararaq iynə vurdurub:
“Biz ikinci iynəni vurdurmaq üçün xəstəxanaya gedəndə gördük ki, eyni küçədə başqa bir uşağı da it dişlədiyi üçün müayinəyə gətiriblər. Komendanta müraciət etdik, bir şey edə bilməyəcəyini dedi.
Daha sonra Toplan - Sahibsiz itlərə qayğı mərkəzinə müraciət etdim ki, itlər Balaxanıya aparılsın”.