Bakıda uşaq kanalizasiya quyusuna düşüb.
Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Altı yaşlı Ayxan Cavadlı kanalizasiyaya düşərək boğulub.
Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayonunda da üç yaşlı uşaq quyuya düşərək boğulmuşdu.