Bu gün axşam saatlarında Bakının Binəqədi rayonunda ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.
Median.Az "report"a istinadən xəbər verir ki, sərxoş vəziyyətdə olan 1952-ci il təvəllüdlü Faiq Abdullayev 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 55 ünvanında yaşadığı binanın 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yerə yıxılıb.
F.Abdullayev hadisə yerində keçinib.