Bakının Dənizkənarı Milli Parkı ərazisində gənc qadın intihara cəhd edib.
1990-cı il təvəllüdlü Ağamalıyeva Mənsurə Mehman qızı özünü dənizə atıb.
Yaxınlıqdakı insanların köməkliyi ilə dənizdən çıxarılan və 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qıza təcili tibbi yardım göstərilib.
Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.
//oxu.az