Bu gün Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.
Hadisə saat 16:00 radələrində Əlif Hacıyev 19 ünvanında qeydə alınıb. Təxminən, 45-50 yaşlı Masallı rayon sakini Fariz adlı şəxs işlədiyi meyvə-tərəvəz mağazasında özünü asıb.
O, Nizami rayonunda kirayədə yaşayırmış. Mərhumun 1 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı Nizami Rayon 25-ci Polis Bölməsində araşdırma aparılır.