“Bakubus” avtobusu paytaxtda qəzaya düşüb.
Hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.
İlkin məlumata görə, avtobus dönmə əməliyyatını yerinə yetirən zaman Moldovanın Azərbaycandakı səfirliyinə məxsus “Toyota Prado” markalı, 040 D 001 qeydiyyat nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyməyib.
//oxu.az