Qaradağ rayonunun Ələt qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib
Sərnişin avtobusu yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində sərnişinlər xəsarət alıb.
Onlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, hadisə nəticəsində üç nəfər yaralanıb:
“26 yaşlı qadın sağ ayağı və sol əlindən, 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı gənc isə qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib”.
Nazirlikdən qeyd edilib ki, yaralıların vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil. Avtobusun Gürcüstan-Azərbaycan marşrutu üzrə sərnişin daşıdığı bildirilir.
//oxu.az