Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunbun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.
Median.Az xəbər verir ki, bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib.
O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: "Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.
Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.