Bakının Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində avtomobil yol kənarında iki nəfəri vurub.
Median.Az-ın xəbərinə görə, hadisə 23 mart,saat 23:00 radələrində Bibi Heybət məsçidin yaxınliğında qeydə alınıb.
Şıxov qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan 90-CT-983 dövlət qeydiyyat nişanlı, sürücü Roman Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə 2001-ci il təvəllüdlü Cəfərov Roma Füzuli oğlu xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 2001-ci il təvəllüdlü Rəhimov Vahid Zöhrab oğlu isə üz və bədən nahiyəsindən sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Şahidlərin dediyinə görə, hadisəni törədən sürücü sərxoş olub. Qəzadan sonra o, küçədə olan hadisə şahidləri ilə əlbəyaxa dava da edib. Daha sonra hadisə yerindən yayınıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hadisəni törədən sürücü Roman Hüseynov Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşıdır,polis kapitanıdır.Sürücü məsuliyyətə cəlb olunub.