Sumqayıtda 58 yaşlı kişi daşların altında qalaraq ölüb.
Hadisə Sumqayıt şəhəri, 49-cu məhəllədə “Çerkassk” adlanan küçədə baş verib.
Belə ki, sözügedən ünvanda yerləşən həyət evlərindən birinin hasarı uçub.
Hadisə nəticəsindən evin sahibi 1961-ci il təvəllüdlü Məmmədov İlham Süleyman oğlu dağıntılar altında qalaraq dünyasını dəyişib.
Hasarın hansı səbəbdən uçduğu məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az